Kristian Faythinger: “Azərkosmos” ölkənin beynəlxalq səviyyədə tanıdılmasında çox işlər görüb”

Kristian Faythinger: “Azərkosmos” ölkənin beynəlxalq səviyyədə tanıdılmasında çox işlər görüb” "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") son bir neçə ildə beynəlxalq səviyyədə tanınmağa nail olub".
İKT
6 Dekabr , 2022 11:29
Kristian Faythinger: “Azərkosmos” ölkənin beynəlxalq səviyyədə tanıdılmasında çox işlər görüb”

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") son bir neçə ildə beynəlxalq səviyyədə tanınmağa nail olub".

Bunu "Report"a Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythinger bildirib.

O deyib ki, “Azərkosmos” ölkənin beynəlxalq səviyyədə və bu sahənin Azərbaycanda tanıdılmasında çox işlər görüb: "Biz Azərbaycan ilə fəal əməkdaşlıq qurmuşuq. Bu, bizim missiyamızdır. Ümumilikdə, federasiya hər kəsə bu sahədə əməkdaşlıq etməyə imkan verən platforma yaradır”.

Onun sözlərinə görə, biz ölkənin bu sahədə digər dünya oyunçuları ilə əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan ilə əməkdaşlıqdan çox məmnunuq.

K.Faythinger onu da qeyd edib ki, gələn ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə azərbaycanlı tərəfdaşlarla hazırlıq işlərinin görülməsinə bir neçə il vaxt sərf olunub.

Son xəbərlər

Orphus sistemi