Koronavirusun yayılmasını izləyən mobil əlavələrdən əhalinin böyük hissəsi məhrumdur

Koronavirusun yayılmasını izləyən mobil əlavələrdən əhalinin böyük hissəsi məhrumdur Yeni koronavirus pandemiyası dövründə insanların hərəkətlərini izləmək üçün “Apple” və “Google” şirkətləri tərəfindən tətbiq olunan mobil əlavələrdən köhnəlmiş telefonları üzündən 2 milyard nəfərə yaxın məhrum olacaq.
İKT
20 Aprel , 2020 13:46
Koronavirusun yayılmasını izləyən mobil əlavələrdən əhalinin böyük hissəsi məhrumdur

Yeni koronavirus pandemiyası dövründə insanların hərəkətlərini izləmək üçün “Apple” və “Google” şirkətləri tərəfindən tətbiq olunan mobil əlavələrdən köhnəlmiş telefonları üzündən 2 milyard nəfərə yaxın məhrum olacaq.

“Report” FT-yə istinadən xəbər verir ki, ekspertlərin qənaətincə koronavirusa yoluxanların hərəkətlərini və təmaslarını izləmək üçün tətbiq olunan həmin əlavələr Bluetooth və ya yeni əməliyyat sistemlərini dəstəkləməyən xeyli sayda telefonların dövriyyədə olması sözügedən yeni əlavələrin səmərəsini xeyli məhdudlaşdırır. Özü də mənəvi cəhətdən köhnəlmiş belə telefonların ilk növbədə məhz koronavirusa qarşı daha həssas olan yaşlı nəsil nümayəndələri və aşağı gəlirli əhali tərəfindən istifadə olunduğu vurğulanır.

Bundan əvvəl “Apple” və “Google” şirkətləri “virusun yayılmasını əngəlləməkdə hökumətlərə və səhiyyə qurumlarına kömək olmaq üçün Bluetooth texnologiyasını tətbiq etmək üçün səyləri birləşdir”diklərini açıqlamışdılar. Belə ki, hər iki şirkət səhiyyə müəssisələri üçün yaradılan xüsusi əlavələri işlətmək məqsədilə Android və iOS əməliyyat sistemlərinə malik telefonları əlaqələndirəcək xüsusi tətbiqi proqram interfeysini (API) artıq may ayında hazırlayacaqlarını vəd ediblər. Sonradan həmin əlavələr “Apple”nin və “Google”un virtual dükanlarından yüklənəcək.

Son xəbərlər

Orphus sistemi