KOBİA: "Startap” şəhadətnaməsi almış KOB subyektlərinin bir qismi fəaliyyətsizdir"

KOBİA: "Startap” şəhadətnaməsi almış KOB subyektlərinin bir qismi fəaliyyətsizdir" İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Startap” şəhadətnaməsi verdiyi KOB subyektlərinin bir qismi fəaliyyət göstərmir.
İKT
29 Sentyabr , 2022 10:48
KOBİA: Startap” şəhadətnaməsi almış KOB subyektlərinin bir qismi fəaliyyətsizdir
Samir Hümbətov

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Startap” şəhadətnaməsi verdiyi KOB subyektlərinin bir qismi fəaliyyət göstərmir.

“Report” xəbər verir ki, bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda Agentliyin İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib.

"Biz əsasən şəhadətnamə verməklə startapları dəstəkləyirik. Son iki ildə 60 yaxın KOB subyektinə "Startap" şəhadətnaməsi vermişik. Amma bu sənəd hər şey demək deyil. Şəhadətnamə verdiyimiz startaplardan fəaliyyətdə olmayanlar var. Bir sıra startaplar maliyyə sıxıntısı çəkirlər. Gələcəkdə onların maliyyələşdirilməsi məsələsinə çox diqqət yetirməliyik ki, ölkə iqtisadiyyatında öz yerlərini tuta bilsinlər", - deyə o, qeyd edib.

Bundan başqa, S.Hümbətov deyib ki, KOBİA nağdsız əməliyyatlara üstünlük verir, onların stimullaşdırılmasında iştirak edir: "Biz mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlimizdəki maliyyə və qeyri-maliyyə alətlərindən istifadə edirik. Bundan başqa, elektron platformaların yaradılmasına, insanlara göstərilən xidmətlərin asanlaşdırılmasına çalışırıq. Hazırda bir neçə platforma üzərində işləyirik, bir neçəsi isə istifadəyə verilib. Həmçinin KOBİA-nın regionlarda istifadəyə verdiyi KOB evlərində də xidmətlərin elektrolaşdırılmasına üstünlük verilir. Yeri gəlmişkən, yaxın vaxtlarda Bakıda da KOB evi istifadəyə veriləcək".

Son xəbərlər

Orphus sistemi