Kibergigiyena layihəsinin iştirakçılarının 82%-i ilkin mərhələni tamamlayıb

Kibergigiyena layihəsinin iştirakçılarının 82%-i ilkin mərhələni tamamlayıb Azərbaycanda həyata keçirilən kibergigiyena layihəsində dövlət qurumlarının 4 000 əməkdaşı iştirak edib və onların 82%-i ilkin mərhələni tamamlayıb.
İKT
21 Sentyabr , 2022 11:20
Kibergigiyena layihəsinin iştirakçılarının 82%-i ilkin mərhələni tamamlayıb
Tural Məmmədov

Azərbaycanda həyata keçirilən kibergigiyena layihəsində dövlət qurumlarının 4 000 əməkdaşı iştirak edib və onların 82%-i ilkin mərhələni tamamlayıb.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Kiberthlükəsizlik Konfransında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

"Bu sahədə bir neçə risk səviyyəsi müəyyən edilib. İnkişaf tendensiyası "Aşağı risk" səviyyəsi üzrə 4%, "Orta risk" səviyyəsi üzrə 42%, "Riskli" səviyyə üzrə 60%, "Yüksək riskli" səviyyəsi üzrə isə 100%-dir. Bu layihə çərçivəsində uğurla inkişaf edən qurumlar Zərdab, Yardımlı, Ucar, Ağstafa, Quba və başqa rayonların icra hakimiyyətləri, Fövqəladə Hallar Nazirliyi də daxil olmaqla nazirliklərdir", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi