“KasperskyLab” informasiya təhlükəsizliyi sahəsində startaplara dəstək verəcək

“KasperskyLab” informasiya təhlükəsizliyi sahəsində startaplara dəstək verəcək Noyabrdan gələn ilin martınadək davam edəcək “Kaspersky Start” proqramına başlanır
İKT
13 Oktyabr , 2016 20:55
“KasperskyLab” informasiya təhlükəsizliyi sahəsində startaplara dəstək verəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Kaspersky Lab” şirkəti informasiya təhlükəsizliyi sahəsində öz startaplarını yaratmaq istəyən gənc istedadlara mütəxəssis və maliyyə dəstəyi göstərmək məqsədilə “Kaspersky Start” proqramına başlayır. 

Şirkətdən "Report"a daxil olan xəbərə görə, proqram noyabr ayında start götürəcək və gələn ilin mart ayınadək davam edəcək. Startap komandalar layihə üzərində işləmək üçün 250 min rubl (təxminən 4 min ABŞ dolları) məbləğində qrant da daxil olmaqla bütün lazımi resurslarla təmin olunacaqlar. Proqramın nəticələrinə əsasən, ən uğurlu layihənin müəllifləri 1 mln. rubl (təxminən 16 min dollar) və öz startapalarını “Kaspersky Lab” şirkətilə birgə bazara çıxarmaq imkanı əldə edəcəklər.

“Kaspersky Start” proqramında iştirak etmək üçün ilkin inkişaf mərhələsində olan layihənin olması mütləqdir, məsələn, bu, aparat və ya proqram həllinin prototipi formasında bir layihə ola bilər. Layihə konsept formasında da mövcud ola bilər, əsas şərt öz innovativ ideyasının həyata keçməsi üçün çalışmağa hazır olan komandanın olmasıdır. “Kaspersky Lab” isə öz növbəsində startap komandalarını maliyyə vəsaiti və Moskvanın mərkəzində kovorkinq ofisi ilə təmin edəcək, həmçinin yeni fəaliyyətə başlayan sahibkarlar üçün kibertəhlükəsizlik üzrə ekspertlərin iştirakı ilə praktiki seminarlar təşkil edəcək.

“Kaspersky Start” proqramında iştirak etmək üçün hər kəs, o cümlədən Azərbaycandan olan gənc istedadlar ərizə forması ilə müraciət edə bilər. Bunun üçün noyabrın 3-dək https://www.kasperskystart.com/ saytında qeydiyyatdan keçmək lazımdır. Ərizələrin qəbulu dayandırıldıqdan sonra ekspert komitəsi tərəfindən ideyanın dəyərivə həyata keçirilməsinə, həmçinin komandaların rəqabət qabiliyyətliliyinə əsaslanaraq 20 layihə seçiləcək. Bunun ardınca, noyabr ayında bütün proqram iştirakçıları onlara layihə üzərində işləmək üçün lazımi bilikləri və təkanı verəcək ilkin hazırlıq kurslarından keçəcəklər. Bundan sonra komandalar birbaşa olaraq öz ideyalarını həyata keçirməyə başlaya bilərlər. Gələn ilin mart ayının əvvəlində “Kasperky Start” proqramının münsifləri startap komandalarınınhəyata keçirdikləri layihələrin nəticələrini qiymətləndirərək əsas mükafatı – 1 milyon rubl məbləğində vəsaiti təqdim edəcək, eyni zamanda layihənin bazara çıxarılması üçün dəstək alacaq bir və ya bir neçə komandanı müəyyənləşdirəcək.

“Kaspersky Start” proqramı “Kaspersky Lab” şirkətinin bu il başlatdığı IT startaplarla iş üzrə strateji təşəbbüsün bir hissəsidir.

Son xəbərlər

Orphus sistemi