“Kaspersky”: Təcavüzkarlar "Netflix" serialları adı altında zərərli proqramlar yayır

“Kaspersky”: Təcavüzkarlar "Netflix" serialları adı altında zərərli proqramlar yayır Serialları və filmləri rəsmi platformalarda izləmək daha yaxşıdır
İKT
24 İyul , 2020 14:53
“Kaspersky”: Təcavüzkarlar Netflix serialları adı altında zərərli proqramlar yayır

2019-cu ilin yanvar ayından etibarən “Kaspersky”, adlarında “Netflix”in qeyd olunduğu zərərli fayllarla cihazları yoluxdurmağa çalışan 22 mindən çox cəhd aşkar edib.

“Report” şirkətə istinadən xəbər verir ki, əksər hallarda "Qəribə şeylər," "Cadugər," "Cinsi təhsil", "Narıncı - sezonun hiti" serialları yem kimi istifadə olunub. 

Təcavüzkarlar məşhur şouların adlarını reklam proqramları və zərərli proqramlara əlavə edir və onlardan fişinq hücumlarını həyata keçirmək üçün istifadə edirlər. Tapılan fayllar arasında, məsələn, məlumatların silinməsi və ya bloklanmasını təmin edən müxtəlif tipli funksional troyanlar, habelə istifadəçi fotoşəkillərini və onlayn bankçılıq zamanı şifrələri oğurlamaq üçün istifadə edilən casus proqramları var. 

Bundan əlavə, Azərbaycanda məşhur olan xidmət və onlayn kinoteatrların - KinoPoisk HD, Okko, IVI bənzətməsi olan zərərli və arzuolunmaz proqramlar da tapılıb. 

“İnsanlar onlayn kinoteatrlardan getdikcə daha aktiv istifadə edirlər. Mütəxəssislərimizin qeyd etdiyi kimi, koronavirus pandemiyası dövründə geniş auditoriyanın bu cür xidmətlərə marağı xüsusilə artıb, çünki bu mənbələrin əksəriyyəti çox sayda filmə və seriallara pulsuz giriş təqdim edir. Kinoya baxmaq üçün internet platformaların populyarlığını kiber cinayətkarlar, əlbəttə ki, öz xeyirlərinə çevirməyə çalışırlar. Buna görə də serialları və filmləri rəsmi platformalarda izləmək daha yaxşıdır," deyə “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib. 

Zərərli proqramlarla qarşılaşma riskini azaltmaq üçün “Kaspersky” bir sıra tövsiyələr edir. Şirkət rəsmiləri hesab edir ki, "stream" qaynaqlarına yalnız rəsmi saytlar və ya tətbiqlər vasitəsilə daxil olunmalı, sənədləri qeyri-rəsmi mənbələrdən yükləməməli, “Kaspersky Security Cloud” kimi bütün növ cihazların hərtərəfli qorunmasını təmin edən etibarlı bir təhlükəsizlik həlli quraşdırılmalıdır.
 

Son xəbərlər

Orphus sistemi