Bakı. 10 avqust. REPORT.AZ/ “Kaspersky Lab” 2018-ci ilin ikinci rübündə 61 mindən artıq quraşdırıcı mobil bank troyan paketini aşkar edib. Bu rəqəm əvvəlki rübün göstəricisini üç dəfədən çox üstələyir.
“Report”un şirkətə istinadən verdiyi xəbərə görə, aşkar olunan troyanların böyük bir qismi zərərli “
Troyan şifrləyicilər, adətən, müxtəlif qanuni əlavələr adı altında yayılır. Sonra bank əlavəsinin işə salınması zamanı zərərli proqram bu əlavənin interfeysi üzərindən şəxsi fişinq interfeysi çıxarıb, istifadəçinin daxil etdiyi məlumatı oğurlaya bilər.
“Kaspersky Lab”ın ekspertlərinin məlumatına əsasən, hesabat dövründə mobil bank troyanlarının hücumuna məruz qalan istifadəçilərin ən böyük payı olan ölkələrin ilk üçlüyünə ABŞ (0,79%), Rusiya, (0,7%) və Polşa (0,28%) daxil olub. Polşa, əsasən, “
"Kaspersky Lab" şirkətinin mütəxəssisləri güman edirlər ki, 2018-ci ilin ikinci rübündə qeydə alınan mobil bank troyanlarının rekord sayı məhz mobil qurğular üçün zərərli proqramların artmasını əks etdirən qlobal tendensiyanı təsdiq edir.
"Ekspertlər tərəfindən qeydə alınan mobil bank troyanların sayı tarixi maksimuma çatıb. Zərərli proqramlar sayının sürətlə artması göstərir ki, kibercinayətkarlar daim sözügedən proqramların yeni modifikasiyalarını yaradıb, onların aşkar edilməsini daha mürəkkəb edirlər. Cinayətkarlar öz gəlirlərini artırmaq üçün müxtəlif üsullar işlədirlər. Mobil istifadəçiləri və ümumiyyətlə, mobil sənayesi yaxın aylarda son dərəcə ehtiyatlı və sayıq olmalıdır ki, hələlik bu tendensiya davam etməkdədir“, – “Kaspersky Lab”ın antivirus eksperti Viktor Çebışev bildirib.
Mobil qurğuların zərərli proqramlardan yoluxma riskini azaltmaq üçün "Kaspersky Lab" bir neçə qaydalara əməl etməyi tövsiyə edir. Belə ki, əlavələri yalnız rəsmi mağazalardan yükləyin, əlavələrə verdiyiniz icazələri yoxlayın, mobil cihazları kibertəhlükələrdən qorumaq üçün
İnformasiya təhlükələrinin 2018-ci ilin ikinci rübündə inkişafı haqqında hesabatın tam versiyası ilə