Jurnalistlər üçün pulsuz ingilis dili kursları onlayn rejimdə olacaq

Jurnalistlər üçün pulsuz ingilis dili kursları onlayn rejimdə olacaq Kursların məqsədi azərbaycanlı jurnalistlərin ingilis dilini öyrənməsinə kömək etməkdir
İKT
1417
10 May , 2017 16:23
Jurnalistlər üçün pulsuz ingilis dili kursları onlayn rejimdə olacaq

Bakı. 10 may. REPORT.AZ/ "Azercell Telekom" MMC daha bir yeniliyə imza atır. Belə ki, 7 ildir jurnalistlər üçün təşkil olunan ingilis dili kursları artıq onlayn rejimdə keçiriləcək. 

"Azercell"dən "Report"a daxil olan məlumata görə, kursların onlayn rejimdə təşkil olunması rəqəmsallaşan həyatda media nümayəndələrinin işini asanlaşdıracaq, kurslara daha çox jurnalistin cəlb olunmasına şərait yaradacaq.

Kurslara qatılmaq üçün media nümayəndələri [email protected] ünvanına istək ərizələrini göndərməlidirlər. Ərizələr mayın 10-13-ü aralığında qəbul olunacaq. Müraciət etmiş ilk 50 jurnalist ingilis dili kurslarına qatıla biləcək.

Kurslarda media nümayəndələrinin səviyyəsi və bilikləri yoxlanıldıqdan sonra hər biri özəl kurs üzrə dərslərə başlayacaq. Dərslər 6 ay davam edəcək. KİV nümayəndələrinin inkişafına yönələn bu layihə ilə "Azercell" şirkəti onların peşəkar bacarıqlarının artırılmasına və beynəlxalq əlaqələrinin qurulmasına dəstək olmağa davam edəcək.

Kursların məqsədi azərbaycanlı jurnalistlərin ingilis dilini öyrənməsinə kömək etmək, onların ingilisdilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir.

Bu 7 il ərzində 200-dən çox KİV nümayəndəsi "Azercell"in təşkil etdiyi ixtisaslaşmış xarici dil kurslarında iştirak edib. Kursların uğurlu tədrisi sayəsində jurnalistlər ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Bundan əlavə, hər tədris ilinin sonunda dərslərdə fərqlənən 2 media nümayəndəsi Böyük Britaniyaya ingilis dilinin təkmilləşdirilməsi kursuna göndərilib.

Xatırladaq ki, "Azercell Telekom" fəaliyyətdə olduğu müddət ərzində media nümayəndələri üçün daim maraqlı layihələr təşkil edib. "Azercell" yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi güzəştli tarif planı - "Mediacell" tarifini hazırlayıb. Şirkət eyni zamanda jurnalistlərin peşəkarlığının artırılmasına yönəlik xeyli sayda təlim və layihələr həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi