"Intel" məhsulları Azərbaycan bazarına çıxarılır

"Intel" məhsulları Azərbaycan bazarına çıxarılır "Intel Security"ni Azərbaycan bazarında Ukraynanın ERC şirkəti təmsil edəcək
İKT
17 Sentyabr , 2015 15:08
Intel məhsulları Azərbaycan bazarına çıxarılır

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Intel Security" şirkətlər (ABŞ) qrupuna daxil olan “McAfee”nin Ukraynadakı rəsmi distribyutoru, İT və elektrotexnika sahəsində ixtisaslaşan ERC şirkəti Azərbaycan, Belarus, Ermənistan və Gürcüstan üzrə disrtibyutor funksiyalarını yerinə yetirəcək.

“Report” bildirir ki, Azərbaycan, Belarus, Ermənistan və Gürcüstan ərazisində paylanmanı və “McAfee” məhsul xəttinin tanıdılması işini ERC-nin tərəfdaşı olan “Softprom” şirkəti həyata keçirəcək. Bu yaxınlarda ERC və “Softprom” şirkətləri güclərini birləşdirərək, bizneslərini inkişaf etdirmək qərarına gəlib.

“Belə çətin bir dövrdə ERC ilə əməkdaşlıq edə bildiyimizə çox şadıq. Bu müsbət bir trend və sabit maliyyə deməkdir. Azərbaycan, Belarus, Ermənistan ,Gürcüstan və Ukraynada güclü tərəfdaşlıq bizə İT bazarında əlavə dəyər təmin etməyə imkan verəcək”, - deyə “İntel”in MDB və Ukrayna üzrə inkişaf və ortaq şəbəkə direktoru Viktoriya Yevtuşenko bildirib.

Son xəbərlər

Orphus sistemi