İnformasiya təhlükəsizliyi ilə bağlı beynəlxalq forum keçirilib

İnformasiya təhlükəsizliyi ilə bağlı beynəlxalq forum keçirilib Azərbaycanda bu sahədə həyata keçirilən strateji yol xəritələri və dövlət proqramları, həmçinin rəqəmsal transformasiya üzrə yeni konsepsiya barədə təcrübə forum iştirakçıları arasında bölüşdürülüb
İKT
101
29 İyun , 2021 13:10
İnformasiya təhlükəsizliyi ilə bağlı beynəlxalq forum keçirilib
Vüsal Qasımlı

“Rəqəmsal iqtisadiyyat şəraitində informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda beynəlxalq forum keçirilib.

Bu barədə “Report”a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) məlumat verilib.

Forumun təşkilatçıları Özbəkistan Prezidentinin yanında Strateji və Regionlararası Tədqiqatlar Mərkəzi, Özbəkistan İnformasiya Texnologiyaları və Kommunikasiya Nazirliyi və MDB-nin İcraiyyə Komitəsidir.

Forumun ilk sessiyası İİTKM-nın rəhbəri Vüsal Qasımlınının moderatorluğu ilə keçirilib.

Sessiyada rəqəmsal iqtisadiyyat şəraitində informasiya təhlükəsizliyinin əhəmiyyəti müzakirə olunub. Azərbaycanda bu sahədə həyata keçirilən strateji yol xəritələri və dövlət proqramları, həmçinin rəqəmsal transformasiya üzrə yeni konsepsiya barədə təcrübə forum iştirakçıları arasında bölüşdürülüb. Eyni zamanda elektron hökumət, elektron təhsil, elektron səhiyyə, elektron kənd təsərrüfatı, rəqəmsal icra hakimiyyəti, Azexport, Rəqəmsal Ticarət Qovşağı, kritik infrastruktur layihələri üzrə informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə dövlət siyasəti də təqdim edilib.

Forumda kibertəhlükəsizlik sahəsində normativ hüquqi baza, texniki həllər və iqtisadi-maliyyə məsələləri də müzakirə olunub. Forumun işində MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, 10-dan çox ölkənin nazirlik və beyin mərkəzlərinin rəhbərləri iştirak edib.

Son xəbərlər

Orphus sistemi