IMF: Azərbaycan internet xidmətlərinin qiymətləri ilə bağlı bir çox üstünlüklər əldə edib

IMF: Azərbaycan internet xidmətlərinin qiymətləri ilə bağlı bir çox üstünlüklər əldə edib Bakı. 31 oktyabr. REPORT.AZ/ “Son zamanlar Azərbaycan, Körfəz ölkələrinin Əməkdaşlıq Şurası və Livan internetin və mobil telefon xidmətlərinin qiymətləri ilə bağlı bir çox üstünlüklər əldə edib”. 
İKT
31 Oktyabr , 2017 16:46
IMF: Azərbaycan internet xidmətlərinin qiymətləri ilə bağlı bir çox üstünlüklər əldə edib
AFP 2017/ MANDEL NGAN

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Son zamanlar Azərbaycan, Körfəz ölkələrinin Əməkdaşlıq Şurası və Livan internetin və mobil telefon xidmətlərinin qiymətləri ilə bağlı bir çox üstünlüklər əldə edib”. 

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) oktyabr ayı üçün yaydığı “Regional Economic Outlook”da qeyd edilir.

IMF hesab edir ki, bu baxımdan ən zəif addımlar Cibuti, Pakistan, Sudan, Tacikistan və Yəmən hökumətləri tərəfindən atılıb: “Ermənistan, Gürcüstan və Qırğızıstan kimi ölkələrdə mobil ödəmə sistemləri arasında əməkdaşlığın olmaması bazarları parçalayır, bəzi ölkələrdə isə mobil xidmət tarifləri yüksəkdir. Qeyd edilən ölkələrdə əhali gəlirinin ən azı 10%-ni ən sadə mobil telefon xidmətləri üçün ödəyir”.

Fondun hesabatında deyilir ki, region ölkələrindən yalnız Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın kibercinayətkarlıq və kibertəhlükəsizliklə bağlı spesifik qanunvericiliyi var.

Son xəbərlər

Orphus sistemi