İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTMK) “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin nəticələri müzakirə edilib.
İKT
12 Oktyabr , 2021 17:01
İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTMK) “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin nəticələri müzakirə edilib.

Bu barədə “Report” Mərkəzə istinadən xəbər verir.

"Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın monitorinq və qiymətləndirilməsinin nəticələrinə dair müzakirələrdə Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazliriyi, Təhsil Nazirliyi, Dövlət Turizm Agentliyi, Bakı Nəqliyyat Agentliyi və digər qurumların nümayəndələri iştirak edib. Görüşlərdə 2018-2020-ci illərdə aidiyyəti qurumlar tərəfindən icra edilmiş tədbirlər, tapşırıqların icrası zamanı qarşıya çıxan çətinliklər və əldə olunan ümumi nəticələr barədə müzakirələr aparılıb.

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq icraçı qurumlar bir çox istiqamətlərdə fəaliyyət göstərib və müvafiq tədbirlərin icrasını həyata keçirib. Belə ki, icraçı qurumlar Dövlət Proqramında müəyyən edilmiş tapşırıqlara uyğun olaraq, rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması və rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi istiqamətində fəaliyyət göstəriblər.

Dövlət Proqramının əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq ötən 3 il ərzində ölkələrdə əlverişli biznes mühitinin inkişaf etdirilməsi, vergitutma mexanizminin sadələşdirilməsi, vergi yükünün optimallaşdırılması üçün normativ hüquqi aktların layihələri hazırlanıb, rəqəmsal bankçılığın inkişaf etdirilməsi, yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi istiqamətində Ani Ödənişlər Sisteminin (AÖS) yaradılması, aşağı gəlirli əhali qrupları üçün pulsuz “Baza bank xidmətləri paketi”nin tətbiqi istiqamətində mühüm işlər görülüb.

Rəqəmsal ekosistemin inkişaf etdirilməsi ilə bağlı məsələlər “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 27 aprel tarixli ölkə prezidentinin fərmanına əsasən qarşıdakı illərdə daha təkmil və prioritet formada davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi