Azərbaycan Ümumdünya Poçt İttifaqının inteqrasiya planının müzakirəsində iştirak edir

Azərbaycan Ümumdünya Poçt İttifaqının inteqrasiya planının müzakirəsində iştirak edir Dünyanın 192 ölkəsindən poçt qurumlarının 1000-ə yaxın nümayəndəsi Cenevrədə (İsveçrə) bir araya toplanıb.
İKT
25 Sentyabr , 2019 12:16
Azərbaycan Ümumdünya Poçt İttifaqının inteqrasiya planının müzakirəsində iştirak edir

Dünyanın 192 ölkəsindən poçt qurumlarının 1000-ə yaxın nümayəndəsi Cenevrədə (İsveçrə) bir araya toplanıb.

“Report”un “Azərpoçt” MMC-yə istinadən xəbər verir ki, 3 gün davam edəcək növbədənkənar konqresdə Ümumdünya Poçt İttifaqının islahatları və sektorun dayanıqlığının artırılması üzrə planlar müzakirə olunur.

Həmçinin tədbir çərçivəsində Ümumdünya Poçt İttifaqının 145-illiyi ilə bağlı İsveçrə və ÜPİ-nin birgə təşkil etdiyi üçüncü konqres keçiriləcək.

Ümumilikdə 3 günlük konqresdə Ümumdünya Poçt İttifaqına üzv ölkələr poçt sektorunun gələcək inkişafına dair mühüm məsələləri nəzərdən keçirəcək, qərarlar qəbul edəcəklər. Əsas qərar İttifaqda aparılacaq islahatlar, İnzibati Şuranın və Poçt İstismarı Şurasının tərkibi və fəaliyyəti ilə bağlı olacaq. Tədbirdə İttifaqın uzunmüddətli maliyyə sabitliyini təmin edəcək üzvlük haqları modelinə dair təkliflər irəli sürüləcək. Qurumun Sosial Sığorta Fondunun davamlı inkişafına dair ümumi təklif, 2021-ci ildə Ümumdünya Poçt Konqresinə “xırda zərf” məhsuluna və onun ödənişinə dair təkliflər təqdim olunmaqla məhsulların və ödənişlərin inteqrasiyası planının icrası ilə bağlı qərar qəbul ediləcək. 

Konfransın gedişində poçt rabitəsi sahəsində ən səmərəli siyasət, xidmətlərin təqdim edilməsi və onların rentabelliyinin artırılması potensialı, poçt xidmətlərinə kömək göstərə biləcək investisiyalar nəzərdən keçiriləcək.

Son xəbərlər

Orphus sistemi