İsveçdə “Google” şirkəti cərimələnib

İsveçdə “Google” şirkəti cərimələnib İsveç Məlumatları Mühafizə İdarəsi (DPA – Data Protection Authority) Qlobal Məlumatları Mühafizə Qaydasının (GDPR – Global Data Protection Regulation) tələblərini pozmaq üstündə “Google” şirkətinə qarşı 75 milyon İsveç kronu (7 milyon avro) məbləğində inzibati cərimə tətbiq edib.
İKT
11 mart 2020 12:31
İsveçdə “Google” şirkəti cərimələnib

İsveç Məlumatları Mühafizə İdarəsi (DPA – Data Protection Authority) Qlobal Məlumatları Mühafizə Qaydasının (GDPR – Global Data Protection Regulation) tələblərini pozmaq üstündə “Google” şirkətinə qarşı 75 milyon İsveç kronu (7 milyon avro) məbləğində inzibati cərimə tətbiq edib.

“Report” idarənin saytına istinadən xəbər verir ki, belə bir tədbirin səbəbi istifadəçilərin axtarış nəticələrini silmək imkanından məhrum edilməsidir.

“GDPR fərdi məlumatları toplayaraq araşdıran təşkilatlara qarşı tələbləri artıraraq vətəndaş hüquqlarını daha da qoruyur. Bu baxımdan istifadəçinin axtarış nəticələrini silmək hüququ mühüm əhəmiyyət daşıyır. Hazırda “Google” şirkətinin bu hüquqa əməl etmədiyini görürük”, - DPA-nın baş direktori Lindqren Şelin bildirib.

Qeyd edək ki, hələ 2017-ci ildə DPA “Google” şirkətinə istifadəçilərin apardıqları axtarışların fərdi məlumatları ehtiva edən və əhəmiyyətsiz nəticələrini silmək göstərişi vermişdi. Lakin 2018-ci ildə aparılmış yoxlama zamanı bu göstərişin yerinə yetirilmədiyi ortaya çıxdı və şirkəti cərimələmək barədə qərar verildi.

“Google” bu qərardan üç həftə ərzində şikayət verə bilər.

Son xəbərlər

Orphus sistemi