Bu gün Bakıda İranın texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinin məhsullarının ilk daimi pavilyonunun açılışı olub.
“Report” xəbər verir ki, mərasimdə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli, eləcə də İranın Milli İnnovasiyalar Fondunun rəhbəri Əli Vəhdətinin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Sərgi iştirakçıları 50-dən artıq şirkətin məhsulları ilə tanış olub.