İqtisadiyyat nazirinin müavini BBF-in fəaliyyəti ilə tanış olub

İqtisadiyyat nazirinin müavini BBF-in fəaliyyəti ilə tanış olub Nazir müavini bildirib ki, BBF-də qurulan şərait onda yüksək təəssürat yaradıb
İKT
19 Dekabr , 2017 15:44
İqtisadiyyat nazirinin müavini BBF-in fəaliyyəti ilə tanış olub

Bakı. 19 dekabr. REPORT.AZ/ İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Nazirliyin əməkdaşları bu gün “Baku Business Factory”nin (BBF) ofisinə gələrək burada yaradılmış şəraitlə tanış olub.

“Report” xəbər verir ki, BBF-in İdarə Heyətinin üzvü Anar Əskərov Nazirliyin əməkdaşlarına BBF-in fəaliyyəti, burada həyata keçirilən layihələrə göstərilən dəstək imkanları, mentorluq, layihələrə investisiyaların cəlb edilməsi, xarici əlaqələrin inkişafı və digər məsələlərlə bağlı ətraflı məlumat verib.

Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə sahibkarlığın inkişafı üçün həyata keçirilən davamlı islahatlar, həmçinin bu tədbirlər çərçivəsində biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi və ümumilikdə sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülən işlər qeyd olunmuş, İqtisadiyyat Nazirliyi tərəfindən kiçik və orta sahibkarlığın inkişafı sahəsində həyata keçirilən dəstək tədbirləri barədə fikir mübadiləsi aparılmış və BBF-lə bu istiqamətdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.

Nazir müavini bildirmişdir ki, BBF-də startaplar üçün qurulan şərait onda yüksək təəssürat yaratmış və İqtisadiyyat Nazirliyi bu cür layihələrin həyata keçirilməsini hər zaman dəstəkləyir.

Xatırladaq ki, “Baku Business Factory” 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Son xəbərlər

Orphus sistemi