​İnformasiya Texnologiyaları İnstitutu antiplagiat sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

​İnformasiya Texnologiyaları İnstitutu antiplagiat sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir Rasim Əliquliyev: “Antiplagiat sahəsində iki qurum arasında geniş əməkdaşlıq perspektivləri var”
İKT
28 Aprel , 2016 20:00
​İnformasiya Texnologiyaları İnstitutu antiplagiat sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi ilə Polşanın “Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov və şirkətin icraçı meneceri Xəyalə Abdullayeva arasında görüş keçirilib.

“Report” İnstituta istinadən xəbər verir ki, görüşdə şirkətin antiplagiat sistemi təqdim olunub. Ə.Təhməzov çıxışında bildirib ki, Polşada 2002-ci ildə fəaliyyətə başlayan şirkətin əsas məqsədi müəllif hüquqları pozuntuları və insanların intellektual mülkiyyətindən icazəsiz istifadə olunmasına qarşı mübarizə aparmaqdır: “Müxtəlif elmi-tədqiqat müəssisələrində plagiatlığın aradan qaldırılması üçün elmi işlərdə plagiatı aşkar edən effektiv alətlərdən istifadə və şəffaflığın təmin edilməsi tələb olunur. Şirkətin təcrübəli mütəxəssisləri tərəfindən tərtib edilən proqram məhsullarının müxtəlif elektron tədris sistemləri ilə inteqrasiya imkanları da mövcuddur. Mütəxəssis və tələbələrin tədqiqat işlərini plagiatlıqdan qorumağa xidmət edən Ümumdünya Antiplagiatlıq Şəbəkəsinin yaradılması məqsədilə ali məktəblər, hökumət orqanları və nəşriyyatlar ilə sıx əməkdaşlıq əlaqələriqurulur. Şirkətin hazırladığı “StrikePlagiarism” sistemimüxtəlif mətnlərdən köçürülən fraqmentləri aşkar etməyə imkan verir”. Ə.Təhməzovun sözlərinə görə,şirkətin məhsullarına orta məktəblər üçün antiplagiat sistemi, ali təhsil müəssisələri üçün elektron arxiv və piratçılıqla mübarizədə monitorinq xidmətləri daxildir: “Şirkətdünya üzrə bu sahədə fəaliyyət göstərən qurumlar arasında ilk üçlükdə yer alıb. Polşa, Rumıniya, Moldova, Almaniya, Kolumbiyanın bir çox təhsil və tədris müəssisələrində bu sistemgeniş tətbiq olunur. Ötən ildən artıq “StrikePlagiarism” sistemindən Azərbaycan dilində istifadə etmək mümkündür. Artıq ölkənin bir sıra ali təhsil müəssisələrində bu sistemdən istifadə edilir”.

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev təqdim olunan sistemi yüksək qiymətləndirib. Akademik milli antiplagiat sisteminin yaradılmasının zəruri olduğunu vurğulayıb: “Bu kimi sistemlərin elmi-tədqiqat və təhsil müəssisələrində tətbiqiplagiatlıqla mübarizə baxımından xüsusi əhəmiyyətə malikdir. Antiplagiat sahəsində informasiya texnologiyalarının tətbiqi istiqamətində iki qurum arasında geniş əməkdaşlıq perspektivləri var”.

Daha sonra birgə seminar və treninqlərin təşkili istiqamətində müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

Son xəbərlər

Orphus sistemi