İlon Maskın “Starship”i sınaq uçuşları üçün icazə aldı

İlon Maskın “Starship”i sınaq uçuşları üçün icazə aldı ABŞ Federal Mülki Aviasiya Administrasiyası milyarder İlon Maska məxsus “SpaceX” şirkəti tərəfindən yaradılan “Starship” kosmik gəmisinin suborbital sınaq uçuşları üçün lisenziya verib.
İKT
125
29 May , 2020 12:10
İlon Maskın “Starship”i sınaq uçuşları üçün icazə aldı

ABŞ Federal Mülki Aviasiya Administrasiyası milyarder İlon Maska məxsus “SpaceX” şirkəti tərəfindən yaradılan “Starship” kosmik gəmisinin suborbital sınaq uçuşları üçün lisenziya verib.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd cümə günü agentliyin saytında yerləşdirilib.

“SpaceX”ə “Starship” gəmisindən çoxsaylı raket-daşıyıcı buraxılışları həyata keçirməyə icazə verilir. Bu lisenziya ilə icazə verilən uçuş missiyaları çərçivəsində havaya qalxma və enmə Texasdakı Boka Çika kosmodromunda həyata keçiriləcək”, - sənəddə deyilir.

Qeyd edək ki, uzunluğu 50 metr və diametri 9 metr olan “Starship” gəmisi lehimli poladdan hazırlanıb, onun açıqlanan yükgötürmə qabiliyyəti 150 tondur. Bu kosmik gəmi Marsa uçuş üçün hazırlanıb və 100 nəfərlikdir.

Son xəbərlər

Orphus sistemi