“Huawei” də Pentaqonun sanksiya siyahısına düşdü

“Huawei” də Pentaqonun sanksiya siyahısına düşdü ABŞ Müdafiə Nazirliyi sanksiya tətbiq edilə biləcək Çin şirkətlərinin siyahısını təqdim edib.
İKT
25 İyun , 2020 15:57
“Huawei” də Pentaqonun sanksiya siyahısına düşdü

ABŞ Müdafiə Nazirliyi sanksiya tətbiq edilə biləcək Çin şirkətlərinin siyahısını təqdim edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” sənədə istinadən məlumat verib.

Pentaqonun siyahısına “Huawei” və “Hikvision” kimi telekommunikasiya şirkətləri, eləcə də “China Telecom” və “China Mobile” kimi telefon operatorları da daxil olmaqla, 20 böyük şirkət daxil edilib.

Qurumdan bildiriblər ki, bu şirkətlər Çin Xalq Qurtuluş Ordusu tərəfindən idarə olunur və ya onlara məxsusdur, buna görə də məhdudlaşdırıcı tədbirlərin yaranmasına səbəb var.

Nazirlik nümayəndəsi siyahının ABŞ Konqresinə göndərildiyini də əlavə edib.

Son xəbərlər

Orphus sistemi