Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi “Hökumət buludu”ndan istifadə ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azerbaijan İnternational Telekom” (AzInTelecom) MMC-dir.
Qalib şirkətə 1,5 min manat ödəniləcək.