"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" ötən ili mənfəətlə başa vurub

"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" ötən ili mənfəətlə başa vurub Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC 2020-ci ili 229 min manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 50 min manat zərərlə çıxmışdı.
İKT
5 Noyabr , 2021 17:54
Hərbiləşdirilmiş Mühafizə İdarəsi ötən ili mənfəətlə başa vurub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC 2020-ci ili 229 min manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 50 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il "Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin gəlirləri 6,185 milyon manat (əvvəlki ilə nisbətən 14,4% çox), xidmətlərinin maya dəyəri 5,645 milyon manat (8,5% çox), ümumi və inzibati xərcləri 310 min manat (20,6% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə "Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin aktivləri 861 min manat olub ki, bu da illik müqayisədə 71,2% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 20,9% artaraq 745 min manata, balans kapitalı isə 2,7% artaraq 116 min manata çatıb.

Xatırladaq ki, "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 min manatdır. Şirkət rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.

Son xəbərlər

Orphus sistemi