Google bütün ofis işçilərini peyvənd etdirəcək

Google bütün ofis işçilərini peyvənd etdirəcək ABŞ-ın texnologiya nəhəngi “Google” şirkətinin də daxil olduğu “Alphabet” holdinqi ofislərdə çalışan bütün işçiləri koronavirus infeksiyasına qarşı məcburi peyvənd etdirəcək.
İKT
29 İyul , 2021 04:17
Google bütün ofis işçilərini peyvənd etdirəcək

ABŞ-ın texnologiya nəhəngi “Google” şirkətinin də daxil olduğu “Alphabet” holdinqi ofislərdə çalışan bütün işçiləri koronavirus infeksiyasına qarşı məcburi peyvənd etdirəcək.

“Report” xəbər verir ki, bunu şirkətin Baş icraçı direktoru (CEO) Sundar Piçai bəyan edib.

Vaksinasiyadan öncə işçilərə özündə peyvəndin təsiri barədə məlumatları ehtiva edən tövsiyələr təqdim ediləcək.

Səhhətində müəyyən problem olan işçilər peyvənd olunmayacaq. Qeyd edək ki, şirkət işçilərinə məsafədən işləmək müddətini 18 oktyabr tarixinə qədər uzadıb.

Son xəbərlər

Orphus sistemi