Ramin Quluzadə: "İnformasiya texnologiyalarının tətbiqi və istifadəsində tələbələr və gənclər aparıcı rol oynayırlar"

Ramin Quluzadə: "İnformasiya texnologiyalarının tətbiqi və istifadəsində tələbələr və gənclər aparıcı rol oynayırlar" Sevindirici haldır ki, tələbələr, gənclər informasiya texnologiyalarının tətbiqi və istifadəsində aparıcı rol oynayırlar.
İKT
28 Avqust , 2019 12:17
Ramin Quluzadə: İnformasiya texnologiyalarının tətbiqi və istifadəsində tələbələr və gənclər aparıcı rol oynayırlar

"Sevindirici haldır ki, tələbələr, gənclər informasiya texnologiyalarının tətbiqi və istifadəsində aparıcı rol oynayırlar".

"Report" xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə "AZCLOUD Hackathon 2019" müsabiqəsinin açılış mərasimində çıxışı zamanı bildirib.

"Hazırki tədbir onu göstərir ki, gənclərimiz internetdən yalnız əyləncə, bilik almaq üçün deyil, biznes ideyalarının reallaşdırılması üçün də istifadə edir. Bugünkü tədbirdə iştirak üçün 250-dək müraciət daxil olub, onlardan 20 komanda, 80-dan artıq iştirakçı mübarizə aparacaq", - R. Quluzadə vurğulayıb. 

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə “AZCLOUD Hackathon 2019" müsabiqəsi keçirir. “AZCLOUD Hackathon 2019" müsabiqəsi üzrə qalib komanda 10 000 manat məbləğində pul mükafatı qazanacaq.

“Hackathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir.


Son xəbərlər

Orphus sistemi