“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilib

“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilib Bakı. 11 noyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verib.
İKT
11 Noyabr , 2017 14:57
“Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verilib
Report

Bakı. 11 noyabr. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinə start verib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, müsabiqənin əsas məqsədi gənclər arasında elektron hökumət həllərindən istifadənin təşviq edilməsi və elektron hökumət üzrə gənclərin maarifləndirilməsidir.

Müsabiqə 4 nominasiya üzrə keçirilir:

- “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı hüquqi şəxs;

- “Elektron Hökumət”in təbliği üzrə ən yaxşı fiziki şəxs;

- Regionda yaşayan gənclər arasında elektron hökumət həllərinin istifadəsini təbliğ edən ən yaxşı təşkilat;

- Dövlət xidmətlərinin elektronlaşdırılması və “Elektron hökumət” portalının inkişafı üzrə ən yaxşı təklif nominasiyası;

Sənədlər dekabrın 20-nə qədər qəbul edilir. Müsabiqəni Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, bir sıra aparıcı gənclər təşkilatları dəstəkləyir. Müsabiqə Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Dekabrın 26-da keçiriləcək “Gənclər üçün Elektron Hökumət” konfransında müsabiqənin qalibləri elan ediləcək və təşkilatçı qurumların qiymətli hədiyyələri ilə təltif ediləcəklər.

Son xəbərlər

Orphus sistemi