Gəmi Müfəttişliyi İdarəetmə Sistemi yaradılır

Gəmi Müfəttişliyi İdarəetmə Sistemi yaradılır Dövlət Dəniz Administrasiyasının tabeliyində “Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” Publik Hüquqi Şəxs gəmilərin qüsurlarının yoxlanılması üçün avtomatlaşdırılmış Gəmi Müfəttişliyi İdarəetmə Sistemi (GMİS) yaradır.
İKT
251
19 İyun , 2020 18:08
Gəmi Müfəttişliyi İdarəetmə Sistemi yaradılır

Dövlət Dəniz Administrasiyasının tabeliyində “Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” Publik Hüquqi Şəxs gəmilərin qüsurlarının yoxlanılması üçün avtomatlaşdırılmış Gəmi Müfəttişliyi İdarəetmə Sistemi (GMİS) yaradır.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, bununla bağlı proqram təminatı(1), eləcə də rabitə sisteminin təkmilləşdirilməsi üçün avadanlıqların satınalınması(2) məqsədi ilə 2 açıq tender keçirilib.

Tenderlərin qalibi "Mas" MMC və "Azpilot LLC" şirkətin Azərbaycandakı filialıdır.

Qalib şirkətlərə müvafiq olaraq 236 min manat və 147,2 min manat, ümumilikdə isə 383,2 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi