Gələn ildən sərnişinlər üçün sadələşdirilmiş bəyannamə “Smart customs”da tətbiq ediləcək

Gələn ildən sərnişinlər üçün sadələşdirilmiş bəyannamə “Smart customs”da tətbiq ediləcək İnformasiya texnologiyalarının sürətlə inkişaf etməsi, eyni zamanda informasiyanın qorunmasını və kibertəhlükəsizliyin təmin edilməsini daha önəmli və prioritet istiqamətlərdən biri edib
İKT
6 May , 2021 12:46
Gələn ildən sərnişinlər üçün sadələşdirilmiş bəyannamə “Smart customs”da tətbiq ediləcək
Təmkin Xəlilov

"İnformasiya texnologiyalarının sürətlə inkişaf etməsi, eyni zamanda informasiyanın qorunmasını və kibertəhlükəsizliyin təmin edilməsini daha önəmli və prioritet istiqamətlərdən biri edib".

Bu sözləri “Report”a müsahibəsində Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov bildirib.

Onun sözlərinə görə, Komitənin mütəxəssisləri yeni informasiya texnologiyalarını davamlı izləyir və onların tətbiq imkanlarını araşdırırlar: “Eyni zamanda, digər dövlət orqanları ilə birgə müvafiq tədbirlər həyata keçirilir. Dövlət Gömrük Komitəsində elektron formada yığılan məlumatlar Azərbaycan Respublikasının “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanununa və digər qanunvericilik aktlarına uyğun şəkildə qorunur. Fərdi məlumatların və informasiya resurslarınının mühafizəsini Komitənin İnformasiya təhlükəsizliyi şöbəsi həyata keçirir”.

T. Xəlilov bildirib ki, “Smart customs” mobil tətbiqi və digər elektron xidmətlərin istifadəsi “identifikasiya nömrəsi”, “Asan İmza” və “Elektron İmza” qeydiyyat vasitələri ilə həyata keçirilir: “Bu qeydiyyat vasitələri, eyni zamanda digər dövlət orqanlarının informasiya resurslarına çıxışı təmin edir. Həmin qeydiyyat vasitələrindən istifadə zamanı istifadəçilərə fərdi məlumatların təhlükəsizliyini təmin etmək üçün daha diqqətli olmaları və qeydiyyat məlumatlarını üçüncü tərəfə ötürməmək tövsiyə olunur. Nəzərə alınmalıdır ki, digər şəxslər istifadəçilərin qeydiyyat məlumatlarını əldə etməklə onların dövlət orqanlarının informasiya resurslarında mövcud olan fərdi məlumatlarını əldə edə bilərlər. Eyni zamanda, istifadəçilərin nəzərinə çatdırırıq ki, Komitənin təqdim etdiyi elektron xidmətlərin istifadəsi zamanı Dövlət Gömrük Komitəsinin rəsmi informasiya resurslarından istifadə olunmalıdır”.

Gömrük Komitəsinin rəsmisi qeyd edib ki, “Smart customs” mobil tətbiqində nəzərdə tutulan əlavə bölmələrdən biri də sərnişinlər üçün sadələşdirilmiş bəyannamədir: “Bildiyimiz kimi, sadələşdirilmiş bəyannamə daha geniş və əhatəlidir. Sadələşdirilmiş bəyannamənin “Smart customs” mobil tətbiqində aktivləşdirilməsi sahəsində işlər aparılır və növbəti ildən tətbiq edilməsi nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi