Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Fiziki infrastruktur üzrə işçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, işçi qrupunun rəhbəri, nazir müavini Rövşən Rüstəmovun sədrliyi ilə keçirilmiş iclasda bu ilin 9 ayında işçi qrupun Fəaliyyət Planının icrası ilə əlaqədar gördüyü işlər, icrası davam edən işlər üzrə cari vəziyyət, qarşıda duran vəzifələr və əvvəlki iclasda qəbul olunmuş qərarların icra vəziyyəti müzakirə olunub.
Fəaliyyət Planının icrası ilə bağlı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin və “Azərsu” ASC-nin nümayəndələri təqdimatlar edib.
Daha sonra növbəti il üçün Fəaliyyət Planı layihəsi müzakirə edilərək bu istiqamətdə işlərin sürətləndirilməsi qərara alınıb.