FHN nümayəndəsi: “İnformasiya təhlükəsizliyi sahəsində biz ISO standartlarına arxalanırıq”

FHN nümayəndəsi: “İnformasiya təhlükəsizliyi sahəsində biz ISO standartlarına arxalanırıq” “İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq ISO standartlarına arxalanmaq lazımdır”.
İKT
21 Sentyabr , 2022 12:43
FHN nümayəndəsi: “İnformasiya təhlükəsizliyi sahəsində biz ISO standartlarına arxalanırıq”

“İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq ISO standartlarına arxalanmaq lazımdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nicat Əliyev Bakıda “Kibertəhlükəsiz iqtisadiyyat: islahatlar, innovativ yanaşmalar və həll yolları” mövzusunda keçirilən konfransda deyib.

“Standartlardan danışarkən hüquqi standartları da unutmaq olmaz. Əgər hansısa ölkədə kibersistem məsələlərinin nəzərə alındığı qanunvericilik varsa, nəticə əldə etmək mümkündür”, - o deyib.

“Hazırda informasiya təhlükəsizliyi sahəsində biz ən çox ISO 27001, 27003 standartlarına arxalanırıq”, - o əlavə edib.

Xatırladaq ki, ISO 27001 Beynəlxalq Elektrotexniki Komissiya tərəfindən Beynəlxalq Standartlaşdırma Təşkilatı ilə birlikdə hazırlanmış beynəlxalq informasiya təhlükəsizliyi standartıdır.

Son xəbərlər

Orphus sistemi