Feysbuk və İnstaqramda problem yaranıb

Feysbuk və İnstaqramda problem yaranıb Dünyanın bir sıra ölkələrində feysbuk sosial şəbəkəsinin işində problemlər müşahidə edilir
İKT
9 Aprel , 2021 02:03
Feysbuk və İnstaqramda problem yaranıb

Dünyanın bir sıra ölkələrində feysbuk sosial şəbəkəsinin işində problemlər müşahidə edilir.

“Report” xəbər verir ki, bu barədə internet resurslarının işini izləyən “Downdetector” servisi məlumat yayıb.

ABŞ, Kanada, Çexiya, Yunanıstan, Braziliya, Yeni Zelandiya və Rusiyada sosial şəbəkə istifadəçiləri problemlərlə üzləşiblər. Bundan başqa, feysbukun istifadəçiləri sosial şəbəkənin messencer əlavəsinin işində də problemlərin olduğunu qeyd ediblər.

İnstaqramda da nasazlıqlar yaranıb. İstifadəçilərin əksəriyyəti (27%) avtorizasiyada nasazlıqlardan, 11% istifadəçi isə veb-saytın işindən gileylənir.

Son xəbərlər

Orphus sistemi