Feysbuk və Instagramda problem yaranıb

Feysbuk və Instagramda problem yaranıb ABŞ-da istifadəçilər feysbuk sosial şəbəkəsinin işindəki nasazlıqdan şikayət ediblər.
İKT
6 Avqust , 2021 00:41
Feysbuk və Instagramda problem yaranıb

ABŞ-da istifadəçilər feysbuk sosial şəbəkəsinin işindəki nasazlıqdan şikayət ediblər.

Bu barədə “Report” “Downdetector” portalına istinadən xəbər verir.

İstifadəçilərin 38%-i sosial şəbəkənin işində çətinliklərlə üzləşiblər, istifadəçilərin 32%-i feysbuka daxil olmaqda problemlərin olduğunu qeyd edib, 29% istifadəçi isə xəbər lentinə baxa bilmir.

Portal eyni zamanda Instagramın işində də problemlərin olduğunu bildirib.

İstifadəçilərin 65 %-i xəbər lentinin gec yüklənməsindən, 20 % videoların yüklənməsindəki yubanmalardan şikayətlənirlər. İnstaqram istifadəçilərinin 15 %-i bildirib ki, şəxsi hesablarına daxil ola bilmir.

Nasazlığın səbəbləri hələ məlum deyil.

Son xəbərlər

Orphus sistemi