Feysbuk, instaqram və vatsapda nasazlıq yaranıb

Feysbuk, instaqram və vatsapda nasazlıq yaranıb Dünyanın bir sıra ölkələrində feysbuk, instaqram və vatsap sosial şəbəkələrinin istifadəçiləri nasazlıqlardan şikayətlənirlər.
İKT
415
19 Noyabr , 2021 22:02
Feysbuk, instaqram və vatsapda nasazlıq yaranıb
0 : 00
0 : 00

Dünyanın bir sıra ölkələrində feysbuk, instaqram və vatsap sosial şəbəkələrinin istifadəçiləri nasazlıqlardan şikayətlənirlər.

“Report” xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

ABŞ-dan olan istifadəçilər əsasən instaqram və feysbukun işindəki problemlərdən narazılıq edir. Almaniyada vatsap və instaqram, Niderlandda vatsap, Böyük Britaniyada isə instagramın işində fasilələr müşahidə olunur. Hər üç xidmətin nasazlığı barədə Fransa, İtaliya, İspaniya, Rusiya və digər ölkələrdən bildirilir.

Məlumata görə, instaqramda daha çox xəbər lentində, feysbukda saytın işində, vatsapda isə mesaj göndərilərkən və serverə qoşulmada problemlər var.

Son xəbərlər

Orphus sistemi