"Falcon 9" raket daşıyıcısı ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxılıb

"Falcon 9" raket daşıyıcısı ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxılıb Bakı. 23 dekabr. REPORT.AZ/ Florida ştatında Falcon 9 raket daşıyıcısı ABŞ Hərbi Hava Qüvvələri üçün ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxılıb.
İKT
23 Dekabr , 2018 18:46
Falcon 9 raket daşıyıcısı ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxılıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Florida ştatında "Falcon 9" raket daşıyıcısı ABŞ Hərbi Hava Qüvvələri üçün ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxılıb.

“Report” xəbər verir ki, bu barədə məlumat "SpaceX" şirkətinin "Twitter" mikrobloquna yerləşdirilib.

Bundan əvvəl raketin buraxılışı bir neçə dəfə ertələnib.

"GPS 3 SV01" peyki "SpaceX" şirkəti ilə ABŞ Silahlı Qüvvələri arasında imzalanan müqavilə çərçivəsində fəzaya buraxılıb.

Daha əvvəl Floridadan fəzaya buraxılan "Falcon 9" raket daşıyıcısı geri qayıdan zaman qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi