“Facebook” İngiltərədəki işçilərinin sayını 33% artırır

“Facebook” İngiltərədəki işçilərinin sayını 33% artırır
İKT
22 Yanvar , 2020 12:06
“Facebook” İngiltərədəki işçilərinin sayını 33% artırır

ABŞ-ın “Facebook” şirkəti bu il İngiltərədəki işçilərinin sayını 1 000 nəfər və yaxud 33% artıraraq 3 min nəfərdən 4 minə nəfərə çatdırmağı planlaşdırır. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yeni işə qəbul olunacaq əməkdaşlar əsasən sosial şəbəkədəki zərərli halların üzə çıxarılması ilə məşğul olacaqlar. 

O cümlədən 500 nəfər proqram mühəndisliyi, məhsul dizaynı və informasiya texnologiyaları sahəsinə cəlb olunacaq. 

Qeyd edək ki, indiyə qədər “Facebook” öz platformalarında 2,8 milyon zərərli məzmun aşkarlayıb.