"Facebook"da müəllif hüquqlarını pozan videolar silinəcək

"Facebook"da müəllif hüquqlarını pozan videolar silinəcək Səsyazma studiyaları sosial şəbəkədən müəllif hüquqlarını qorumağı tələb edirlər
İKT
28 Dekabr , 2016 23:05
Facebookda müəllif hüquqlarını pozan videolar silinəcək

Bakı. 28 dekabr. REPORT.AZ/ Səsyazma studiyaları "Facebook" sosial şəbəkəsindən müəllif hüquqlarını fəal şəkildə qorumağı tələb edirlər.

"Report" "Financial Times" nəşrinə istinadən xəbər verir ki, böyük səsyazma studiyaları sosial şəbəkədən istifadəçilər tərəfindən yüklənən və tərkibində müəllif hüquqları qorunan materiallar olan videoları silməyə çağırıb.

Nəşrin məlumatına görə, "Facebook" hazırda müəllif hüquqları qorunan kontentin izlənməsi texnologiyası üzərində işləyir.

Texnologiya öz təsdiqini tapan kimi, səsyazma studiyaları ilə "Facebook" arasında lisenziya sazişinin imzalanması üzrə müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi