“F-Telecom”: Şikayətçinin mobil balansından pul müvəqqəti texniki çətinli görə silinib

“F-Telecom”: Şikayətçinin mobil balansından pul müvəqqəti texniki çətinli görə silinib Bakı. 18 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq 8 min manat cərimə etdirdiyi “F-Telecom” şirkəti bu gün “Report”a açıqlama verib.
İKT
18 Dekabr , 2018 12:55
“F-Telecom”: Şikayətçinin mobil balansından pul müvəqqəti texniki çətinli görə silinib
Report

Bakı. 18 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq 8 min manat cərimə etdirdiyi “F-Telecom” şirkəti bu gün “Report”a açıqlama verib.

Açıqlamada bildirilir ki, şirkətin keçirdiyi “Gizli Rəqəm” layihəsinin vaxtından əvvəl dayandırılması onlardan asılı olmayıb. Belə ki, texniki səbəblərdən layihə yarımçıq dayandırılıb. Nəticədə həm “F-Telecom” cərimələnib, həm də şirkətə mənəvi zərər vurulub.

“F-Telecom”dan Palataya şikayət edən Fuad Salmanlının mobil balansından 16 manat isə müvəqqəti texniki çətinlik nəticəsində silinib. Həmin məbləğ şikayətçinə qaytarılıb. Bu barədə rəsmi elektron məktub da var. Yəni, nəticə olaraq F.Salmanlı lisenziya əsasında keçirilən “Gizli Rəqəm” oyununda iştirak etmədiyi üçün onun hesabından pul silinməyib. Bununla bağlı şikayətçi ilə əlaqə saxlanılıb və vəziyyət ona izah olunub. 

Son xəbərlər

Orphus sistemi