"Ethereum" şəbəkəsindən 3,6 trilyon dollarlıq tranzaksiya keçib

"Ethereum" şəbəkəsindən 3,6 trilyon dollarlıq tranzaksiya keçib 2015-ci ilin 30 iyun tarixindən bu yana Ethereum şəbəkəsindən keçən tranzaksiyaların toplam həcmi 3,6 trilyon ABŞ dollarına bərabər olub. 
İKT
31 İyul , 2021 12:01
Ethereum şəbəkəsindən 3,6 trilyon dollarlıq tranzaksiya keçib

2015-ci ilin 30 iyun tarixindən bu yana "Ethereum" şəbəkəsindən keçən tranzaksiyaların toplam həcmi 3,6 trilyon ABŞ dollarına bərabər olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, təkcə son bir ildə bu göstərici 3,5 dəfə artıb.

Şəbəkədəki aktiv ünvanların orta sayı 534 minə çatıb. Bu, "Bitkoin" ekosisteminin analoji göstəricisini üstələyir.

Bu ilin mayında "Altkoin"in qiyməti 4 350 dollara çatıb ki, bu da tarixi maksimum sayılır. Məqalənin yazılma anında onun qiyməti 2 434 dollar idi.

Son xəbərlər

Orphus sistemi