Əli Abbasovla “Azercell”in Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi müzakirə edilib

Əli Abbasovla “Azercell”in Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi müzakirə edilib “3G” və “4G” yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında məlumat verilib
İKT
28 Yanvar , 2015 17:06
Əli Abbasovla “Azercell”in Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi müzakirə edilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “TeliaSonera” şirkətlər qrupunun nümayəndə heyəti ilə “Azercell Telekom” MMC-nin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi üçün əlavə tədbirlərin görülməsi, innovativ texnologiyaların, səmərəli xidmətlərin tətbiqi və təşkili işlərinin davam etdirilməsi ilə bağlı təkliflər müzakirə edib.

“Report” nazirliyə istinadən xəbər verir ki, “TeliaSonera” şirkətinin vitse-prezidenti, dövlət və ictimaiyyətlə əlaqələr üzrə qrupun rəhbəri Kell Lindstrem, şirkətlər qrupuna daxil olan “Azercell Telekom” MMC-nin prezidenti vəzifəsinin icraçısı Vahid Mürsəliyev, şirkətin texniki direktoru Mikael Forsberq ilə keçirilən görüşdə ölkədə mobil rabitə sektorunun inkişafı, o cümlədən bu sahədə texniki məsələlər, şirkətlə gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə edilib.

Görüşdə “TeliaSonera”nın Azərbaycanda fəaliyyəti, “Azercell Telekom”un mobil rabitə sektorunda qazandığı nailiyyətlər, həyata keçirdiyi xidmətlər, o cümlədən “3G” və “4G” yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında məlumat verilib.

Son xəbərlər

Orphus sistemi