Sabah rabitə və yüksək texnologiyalar naziri Sumqayıtda vətəndaşlarla görüşəcək

Sabah rabitə və yüksək texnologiyalar naziri Sumqayıtda vətəndaşlarla görüşəcək Nazirin qəbulunda daha beş rayonun sakinləri də iştirak edə bilərlər
İKT
14 may 2015 11:56
Sabah rabitə və yüksək texnologiyalar naziri Sumqayıtda vətəndaşlarla görüşəcək

Bakı. 14 may. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun mayın 15-i saat 10:00-da Sumqayıt şəhərində (Sumqayıt, Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Nazirliyin mətbuta xidmətindən "Report"a daxil olan məlumata görə, vətəndaşlardan elektron poçt ünvanı ([email protected]), 1655 saylı Qaynar xətt, 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Son xəbərlər

Orphus sistemi