“Elektron imza” ilə elektron qaimə əldə etmək daha da sadələşib

“Elektron imza” ilə elektron qaimə əldə etmək daha da sadələşib Bunun üçün Məlumatı Hesablama Mərkəzi xüsusi proqram təminatı təqdim edib
İKT
11 Aprel , 2017 19:45
“Elektron imza” ilə elektron qaimə əldə etmək daha da sadələşib
www.e-gov.az

Bakı. 11 aprel. REPORT.AZ/ “Elektron imza” ilə elektron qaimə əldə etmək daha da sadələşib. 

Hesablama Mərkəzindən "Report"a daxil olan məlumata görə, bunun üçün vergi ödəyicisi onlayn rejimdə Vergilər Nazirliyinin saytından “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” alt bölməsinə daxil olmalıdır. Sonra zəruri məlumatları daxil edərək onlayn rejimdə elektron qaimə-fakturası tərtib edilib digər tərəfə təqdim edilir.

"Vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatı vasitəsilə oflayn rejimdə də qaimə-fakturası tərtib edərək göndərə bilər. Bunun üçün “Elektron Faktura Tərtibatı Proqramını” – eFP 1.1.3 versiyanı və digər zəruri proqramları http://www.e-taxes.gov.az saytından kompüterə yükləmək lazımdır. Beləliklə, vergi ödəyicisi tələb olunan qaimə-fakturaları bu proqram vasitəsi ilə internet istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını “E-imzalayıcı” və ya "Asan DOC" client proqramı vasitəsi ilə imzalayır. Qeyd edək ki, həmin proqramları http://www.e-imza.azhttp://www.asanimza.az saytlarından yükləmək olar.

Sonda gücləndirilmiş elektron imza vasitələrindən birini, “Elektron imza” və ya “Asan İmza” ilə Vergilər Nazirliyinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olaraq, imzalanmış “edoc” və ya “adoc” tipli faylı “Paket göndər” düyməsi vasitəsi ilə sistemə yükləmək lazımdır.

Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya/nömrələr verilir və qarşı tərəfin elektron poçtuna göndərilir", - məlumatda bildirilib.

Qeyd edək ki, qarşı tərəf “Elektron imza” və ya “Asan imza” vasitəsi ilə göndərilmiş elektron qaimə-fakturanı bir neçə saniyədə təsdiqləyə bilir.

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, 01.04.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir.

İstifadəçi təlimatı- http://www.taxes.gov.az/uploads/2017/EQF/EQF.pdf

lazımi proqramlar- https://www.e-taxes.gov.az/dispatcher?menu=evhf&submenu=4&nav=evhf

Son xəbərlər

Orphus sistemi