Ekvadorda 17 milyon insana məxsus şəxsi məlumatlar hakerlər tərəfindən ələ keçirilib.
"Report" xarici medyaya istinadən xəbər verir ki, oğurlanan məlumatların ümumi həcmi 18 GB-dır.
Söhbət vətəndaşların kimliyi, doğum tarixləri, ünvanları, ailə üzvləri, sürücülük vəsiqələri kimi məlumatlardan gedir.
Xatırladaq ki, bundan əvvəl ABŞ, Kanada, Böyük Britaniya və Çilidə də oxşar hadisə qeydə alınmışdı. Məsələn, Çili əhalisinin 80%-nin şəxsi məlumatları oğurlanmışdı.