Ekspert: “TEKNOFEST Azərbaycan” festivalının keçirilməsi tarixi hadisə kimi qiymətləndirilməlidir"

Ekspert: “TEKNOFEST Azərbaycan” festivalının keçirilməsi tarixi hadisə kimi qiymətləndirilməlidir" "Mayın 26-29-da Azərbaycanda ilk dəfə “TEKNOFEST Azərbaycan” festivalının keçirilməsi tarixi hadisə kimi qiymətləndirilməlidir".
İKT
21 May , 2022 13:43
Ekspert: “TEKNOFEST Azərbaycan” festivalının keçirilməsi tarixi hadisə kimi qiymətləndirilməlidir

Mayın 26-29-da Azərbaycanda ilk dəfə “TEKNOFEST Azərbaycan” festivalının keçirilməsi tarixi hadisə kimi qiymətləndirilməlidir.

Bunu "Report"a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Mehman İsgəndərov deyib.

M.İsgəndərovun sözlərinə görə, belə əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək ölkəmiz üçün dividendlər qazandırır:

"Birmənalı şəkildə onu demək olar ki, müasir dövrdə cəmiyyətin və iqtisadiyyatın inkişafında innovasiyanın rolu danılmazdır. Zamanın çağırışlarına cavab verib innovativ inkişafla ayaqlaşan ölkələr daim öncül sıralardadır. Son illər Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılmaqdadır. Məhz lV Sənaye İnqilabının çağırışlarına cavab vermək və rəqəmsal inkişafa nail olmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb. Həmçinin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərin fəaliyyətini genişləndirməsinin şahidi oluruq.

Məhz bu proseslərin məntiqi davamıdır ki, "TEKNOFEST Azərbaycan" müsabiqəsi reallaşacaq.

Hesab edirəm ki, "TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalının ilk dəfə Türkiyə xaricində Azərbaycanda keçirilməsi iki ölkə arasında olan sarsılmaz tarixi bağlara malik olmasını, həmçinin Azərbaycan və Türkiyə prezidentlərinin bu sahədə uğurlu siyasətinin nəticəsidir".

Mehman İsgəndərov
Mehman İsgəndərov

Ekspert "TEKNOFEST Azərbaycan" festivalının Azərbaycana hansı dividendlər gətirəcəyini də açıqlayıb:

"Sual oluna bilər ki, bəs bu festivala ev sahibliyi etmək bizə nə qazandıracaq?!

İlk olaraq onu qeyd edim ki, belə bir möhtəşəm tədbirə ev sahibliyi etmək ölkəmizin imicinin daha da artmasına səbəb olacaq və xarici texnologiya şirkətlərinin, transmilli holdiqnlərin ölkəmizə marağı artacaq.

Bir məsələni də xatırlamaq yerinə düşər ki, məhz 44 günlük Vətən müharibəsində də bizim qələbə çalmağımıza şərait yaradan vasitələrdən biri də texnologiyanın son nailiyyətlərindən istifadə etməyimiz oldu. Məhz həmin dövrdə Azərbaycanın hərb tarixində ilk dəfə olaraq 5-ci nəsil müharibə əməliyyatları aparması ilə hərb tarixinə düşdü. Bu gün dünyanın qabaqcıl hərbi məktəblərində bizim Vətən müharibəsindəki taktika və strategiyamız tədris olunur.

Məhz ikinci Qarabağ müharibəsində bizim istifadə etdiyimiz və ən son texnoloji həllərə malik "Bayraktar TB2" dronları sonrada dünyanın bir sıra ordularının arsenalına qatıldı".

Bu baxımdan M.İsgəndərov əminliyini bildirərək qeyd etdi ki, "TEKNOFEST Azərbaycan" festivalı yerli şirkətlərin, startapların özlərini tanıtması, investor cəlb etməsi baxımından böyük əhəmiyyət kəsb edəcək: "Bu həmçinin xarici şirkətlərin Azərbaycanda mərkəzləşməsinə də imkan yaradacaq. Bu isə gələcəkdə ölkəmizin regional "hub"a çevrilməsinə şərait yaradacaq.

Sonda bir məqamı da əlavə edim ki, ölkə başçısının rəhbərliyi altında azad edilmiş torpaqlarımız "Yaşıl enerji" və texnologiya zonasına çevrilir. Məhz bu ərazilərdə yaradılan "Ağıllı kənd" və "Ağıllı şəhər"lərin əhatə dairəsinin genişləndirilməsi üçün də qeyd etdiyimiz festivalın əhəmiyyəti böyükdür. Belə ki, "TEKNOFEST Azərbaycan" bizə dünyanın müxtəlif dövlətlərindən olan potensial investorları azad edilmiş ərazilərdə görülən və görüləcək işlərlə tanış etməyə, onların buraya sərmayə yatırmasına təşviq etməyə imkan yaradacaq.

Bütün bunları nəzərə alaraq həm dövlət qurumlarını, həm özəl sektorda olan şirkətləri, həm də vətəndaşlarımızı "TEKNOFEST Azərbaycan"ın uğurla baş tutması üçün sıx birləşməyə çağırıram".

Son xəbərlər

Orphus sistemi