Ekspert: "Son illər ölkədə atılan bütün addımlar hədəfə yönəlikdir"

Ekspert: "Son illər ölkədə atılan bütün addımlar hədəfə yönəlikdir" “Hazırda Azərbaycan tərəqqiyə doğru, ağıllı sistemlərə yönəlik addımlar atır. Bu prosesdə təbii ki, bəzi fundamental yenilənmələrə ehtiyac var”.
İKT
114
5 İyul , 2021 17:05
Ekspert: Son illər ölkədə atılan bütün addımlar hədəfə yönəlikdir
Elvin Abbasov

“Hazırda Azərbaycan tərəqqiyə doğru, ağıllı sistemlərə yönəlik addımlar atır. Bu prosesdə təbii ki, bəzi fundamental yenilənmələrə ehtiyac var”.

Bunu “Report”a açıqlamasında son günlər tarif dəyişikliyindən sonra bir sıra kommunal xidmətlərə məxsus sayğacların yenilənməsinə ehtiyac yaranacağı ilə bağlı yayılan məlumatları şərh edən İKT mütəxəssisi Elvin Abbasov deyib.

Onun sözlərinə görə, hər bir halda investisiyanın qorunması əsas prioritet olmalıdır: “Təsəvvür edin ki, əgər ölkədə 1,4 milyon abunəçi var. Onların hamısının sayğacının dəyişdirilməsi yeni investisiya tələb edir. Amma indiki dövr elədir ki, həmin avadanlığı tamamilə dəyişmək yox, modifikasiya etmək mümkündür. Hər-hansı bir sayğacın üzərinə kiçik bir cihaz qoşmaqla onu daha müasir funksiyalarla təchiz etmək mümkündür. Bir sayğacın alış qiyməti 80-160 manat arası dəyişir. Amma bura işçi qüvvəsinə, proqram təminatına, daşınmaya və s. məsələlərə çəkilən xərclər nəzərə alınmaqla sayğacın qiymətinin 2 dəfəyə qədər artaraq 280-300 manata çatmasının şahidi oluruq. Bu tipli investisiyaların qoyuluşu həm xərclərin artması ilə yanaşı, insanlarda şübhələrin və narazılıqların yaranmasına səbəb olur.

Son 10 ildə alınıb istifadə edilən sayğaclara kiçik elektron cihazlar quraşdırmaqla onları smart tipli, yəni ağıllı sayğaclara çevirmək mümkündür. Hansı ki, bu sayğaclarda olan informasiyaları heç bir insan əməyi tələb olunmadan oxumaq mümkündür. Yəni heç bir rəsmi şəxsin abunəçinin qapısını döyüb sayğacı oxumasına ehtiyac yoxdur. Yalnız internet vasitəsi ilə bütün informasiyalar sayğacdan qurumun mərkəzi bazasına ötürülür.

Bilirsiniz ki, biz vətən müharibəsində ən müasir silahlardan istifadə etmişik. Bu isə böyük vəsait hesabına başa gəlir. Həmçinin hazırda azad olunmuş ərazilərdə yenidənqurma işləri həyata keçirilir. Bunun üçün isə böyük investisiyalar lazımdır. Bütün bunlarla yanaşı əlavə xərclərə yol verilməsi maddi resurslarımızın yoxa çıxmasına gətirib çıxara bilər. Ona görə də dövlət investisiyalarına xüsusi nəzarət lazımdır. İnvestisiya yatırılarkən düzgün seçim edilməsi də vacib amildir.

Sayğacın kalibrasiyası yəni maye, qaz yaxud elektrik enerjisinin axımının ölçülməsi mexanizmi eynidir. Burada yalnız söhbət hesablanmış sərfiyyatın bazaya ötürülməsindən söhbət gedə bilər. Yəni 120 manatlıq sayğacın üzərinə 30 manatlıq avadanlıq quraşdırmaqla da həmin məlumatı ötürə bilərik. Yaxud da yenidən 300 manatlıq xərc çəkib yeni sayğac quraşdırmalıyıq. Əgər bütün abunəçilərin sayını da nəzərə alsaq yaranan məbləğin necə böyük olduğunu görə bilərik. Məncə ölkənin gələcək dayanıqlığını qorumaq üçün investisiyaların strategiyasını düzgün müəyyən etmək lazımdır. Təbii ki, tərəqqi, yenilik olmalıdır. Amma bu məsələlər üçün dövlətin vəsaiti də istismar edilməməlidir. Çünki dövlətin vəsaitləri də tükənməz deyil.

Əminəm ki, dövlətimiz də bu məsələlərdə doğru yolu seçəcək. Çünki son illər atılan bütün addımlar uğurludur və hədəfə yönəlikdir. Bu məsələdə də ən düzgün yolu seçəcəyimizdən əminəm”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi