Nazir müavini: “İrihəcmli məlumatların saxlanılması sahəsində kadr hazırlığına diqqət yetirilməlidir”

Nazir müavini: “İrihəcmli məlumatların saxlanılması sahəsində kadr hazırlığına diqqət yetirilməlidir” “Azərbaycanda iri həcmli məlumatların, təxminən, 80%-i strukturlaşdırılmamış məlumatlardır.
İKT
18 Dekabr , 2019 10:43
Nazir müavini: “İrihəcmli məlumatların saxlanılması sahəsində kadr hazırlığına diqqət yetirilməlidir”

“Azərbaycanda iri həcmli məlumatların, təxminən, 80%-i strukturlaşdırılmamış məlumatlardır".

“Report” xəbər verir ki, bunu "Dövlət idarəçiliyində böyük həcmli məlumatlar" mövzusunda keçirilən seminarda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, irihəcmli məlumatların saxlanılması sahəsində kadr hazırlığına diqqət yetirilməlidir: “PwC” audit şirkətinin açıqladığı məlumata görə, 2020-ci ildə DATA elmləri va analitika üzrə 2,7 milyon yeni vakansiya yaranacaq. Xarici iş yerlərində artıq məlumatların idarə olunması idarələri yaranıb. Biz müşahidə edirik ki, DATA ilə əlaqəli 30-dan çox yeni peşələr ortaya çıxıb".

Son xəbərlər

Orphus sistemi