"e-Hökumət" portalındakı "Şəxsi kabinet"in yeni funksiyaları istifadəyə veriləcək

"e-Hökumət" portalındakı "Şəxsi kabinet"in yeni funksiyaları istifadəyə veriləcək Portalda qeydiyyatdan keçdikdən sonra sistem avtomatik olaraq istifadəçinin “Şəxsi kabineti”ni formalaşdırır
İKT
16 İyun , 2015 18:38
e-Hökumət portalındakı Şəxsi kabinetin yeni funksiyaları istifadəyə veriləcək

Bakı. 16 iyun. REPORT.AZ/ Tezliklə “Elektron hökumət” portalındakı “Şəxsi kabinet” vasitəsilə istifadəçilər kommunal borcları, ödəməli olduqları cərimə və rüsumlar ödəyə, öz adlarına olan daşınmaz əmlak, ev telefonları və mobil telefonlar barədə bildiriş əldə edə biləcəklər.

“Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən bildirir ki, istifadəçinin sənədlərinin etibarlılıq müddətinin bitməsi barədə bildiriş də almaq mümkün olacaq.

Qeyd edək ki, “Elektron hökumət” portalında qeydiyyatdan keçdikdən sonra sistem avtomatik olaraq istifadəçinin “Şəxsi kabineti”ni formalaşdırır. 

Son xəbərlər

Orphus sistemi