Dünyada kriptovalyuta istifadəçilərinin sayı 2 dəfədən çox artıb

Dünyada kriptovalyuta istifadəçilərinin sayı 2 dəfədən çox artıb Bu ilin I yarısında dünyada kriptovalyuta istifadəçilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 121 milyon nəfər və yaxud 2,2 artaraq 221 milyon nəfərə çatıb.
İKT
30 İyul , 2021 13:45
Dünyada kriptovalyuta istifadəçilərinin sayı 2 dəfədən çox artıb

Bu ilin I yarısında dünyada kriptovalyuta istifadəçilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 121 milyon nəfər və yaxud 2,2 artaraq 221 milyon nəfərə çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə rəqəmsal aktivlərlə işləyən iri şirkət - “Crypto.com”un açıqlamasında bildirilir.

Bundan başqa, məlumata görə, hazırda “Bitkoin” və dəyərinə görə 2-ci olan “Ethereum” bazar payını itirir. Digər rəqəmsal aktivlərə malik istifadəçilərin sayı isə davamlı olaraq artır.

Son xəbərlər

Orphus sistemi