Dünyada çip böhranı daha da dərinləşib

Dünyada çip böhranı daha da dərinləşib Bu ilin avqust ayında dünyada avtomobil sənayesi üçün nəzərdə tutulan elektron komponentlərin (çip) çatdırılması müddəti daha 6 gün artaraq 21 həftəyə çatıb.
İKT
324
22 Sentyabr , 2021 10:11
Dünyada çip böhranı daha da dərinləşib

Bu ilin avqust ayında dünyada avtomobil sənayesi üçün nəzərdə tutulan elektron komponentlərin (çip) çatdırılması müddəti daha 6 gün artaraq 21 həftəyə çatıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Susquehanna Financial Group” məlumat yayıb.

Məlumata görə, bu, çip tədarükü ilə bağlı müşahidələrin aparıldığı 2017-ci ildən bəri rekord həddir.

Ekspertlər hesab edirlər ki, çip böhranı 2023-cü ilin sonuna qədər davam edə bilər. İndiyə qədər çatışmazlıq qlobal avtomobil sənayesində 110 milyard ABŞ dolları ziyan vurub. Bu ilin başa çatmaqda olan 9 ayı ərzində dünyada istehsal olunmuş avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 milyon ədəd az olub.

Son xəbərlər

Orphus sistemi