Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının Səlahiyyətli Konfransı çərçivəsində "Azərbaycan Günü" keçirilib.
"Report" Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, konfrans iştirakçılarına rəsmi ziyafət verilib.
Tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi, bir çox ölkələrin nazirləri, Azərbaycanın BƏƏ-dəki səfiri və Dubaydakı baş konsulu iştirak edib.
Qonaqlara milli təamlar və suvinerlər təqdim olunub.