Dövlət xadimi, görkəmli siyasətçi, Ümummilli Lider Heydər Əliyevin vəfatının 20 illiyi ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla anıb.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.