Bakıda “Dövlət idarəçiliyində böyük həcmli məlumatlar” mövzusunda seminar keçirilib

Bakıda “Dövlət idarəçiliyində böyük həcmli məlumatlar” mövzusunda seminar keçirilib Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “McKinsey” məsləhətçi şirkətinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində böyük həcmli məlumatlar, yəni “Big Data” mövzusunda seminar keçirilib.
İKT
18 Dekabr , 2019 11:10
Bakıda “Dövlət idarəçiliyində böyük həcmli məlumatlar” mövzusunda seminar keçirilib
CNN

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “McKinsey” məsləhətçi şirkətinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində böyük həcmli məlumatlar, yəni “Big Data” mövzusunda seminar keçirilib.

"Report" xəbər verir ki, seminar dövlət idarəçiliyində böyük həcmli məlumatların tətbiqi, onların idarə olunması, qərar qəbuletmə prosesində əhəmiyyəti, həmçinin dövlət qurumları tərəfindən göstərilən xidmətlərin vətəndaşlara təmassız və çevik şəkildə təqdim olunması ilə bağlı mövzulara həsr olunub.

Tədbirdə nazir müavini Elmir Vəlizadə açılış nitqi ilə çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Seminarda eyni zamanda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “McKinsey” məsləhətçi şirkətinin nümayəndəsi Sinan Köksoy çıxış edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov seminarın panel iclasında “Rəqəmsal inkişafda “Big Data” mövzusunda təqdimat edib.

“AzInTelecom” MMC-nin direktor müavini Ceyhun Əliyev öz çıxışında bildirib ki, əgər əvvəllər sahibkarlar və ya dövlət qurumları məlumatları arxivlərdə, qovlularda saxlayırdılarsa, hazırda bu məlumatlar rəqəmsal məlumat daşıyıcılılarına miqrasiya olunur və məlumat həcmi artdıqca bu həcmlərin saxlama sahəsi də böyüməlidir. “Big data” böyük həcmdə verilənləri öz məntiqi mənasında əks etdirir. Böyük həcmli məlumatların saxlanılması və emalı nəinki böyük həcmdə yaddaş sahəsi, həmdə güclü hesablama imkanlarına malik olan infrastruktur tələb edir. AzInTelecom-un data mərkəzi nəzdində fəaliyyət göstərən Azcloud bulud xidmətləri məhz bu kimi həlləri təqdim etməklə istifadəçilərin məlumatlarını beynəlxalq standartlara uyğun şəkildə qoruyub saxlamaqla yanaşı yüksək dayanıqlıq etibarlığına malik olan hesablama imkanlarını təqdim edir.

“McKinsey” şirkətinin nümayəndələri Ankit BishtBorko Handjiski öz çıxışlarında ən yaxşı dünya təcrübələri barədə məlumat veriblər və dövlət idarəçiliyində böyük həcmli məlumatların istifadəsinin əhəmiyyətini vurğulayıblar.

Seminar interaktiv müzakirələrlə davam edib.

Son xəbərlər

Orphus sistemi