Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Şamaxı və Ağsu rayonlarında vətəndaşlarla görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Şamaxı və Ağsu rayonlarında vətəndaşlarla görüşüb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Şamaxıda Şamaxı və Qobustan rayonlarının, nazirin birinci müavini Əli Abdullayev isə Ağsuda Ağsu və İsmayıllı rayonlarının sakinləri ilə görüşüb.
İKT
3 May , 2019 18:53
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi Şamaxı və Ağsu rayonlarında vətəndaşlarla görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Şamaxıda Şamaxı və Qobustan rayonlarının, nazirin birinci müavini Əli Abdullayev isə Ağsuda Ağsu və İsmayıllı rayonlarının sakinləri ilə görüşüb. 

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə sözügedən rayonlarda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlar qəbul edilib.

Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər Nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb.

Regional səfər çərçivəsində nazir Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayev aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçiriblər.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi